Sui-qəsdə uğrayan Tramp tərəfdarı Çarli Kirk ölüb - VİDEO

media-ads_728_90

Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayan amerikalı siyasi fəal və prezident Donald Trampın tərəfdarı Çarli Kirk ölüb.

“TV1” xəbər verir ki, bu barədə D.Tramp “Truth Social” sosial şəbəkəsində məlumat paylaşıb.

“Böyük, hətta əfsanəvi Çarli Kirk vəfat edib. Amerika Birləşmiş Ştatlarında heç kim gəncləri Çarli qədər anlamırdı. O hamı tərəfindən sevilirdi və hörmət olunurdu, xüsusilə də mənim tərəfimdən. İndi isə o, artıq aramızda yoxdur. Melania və mən bütün qəlbimizlə onun gözəl həyat yoldaşı Erika və ailəsinə başsağlığı veririk”, – deyə D.Tramp qeyd edib.

Qeyd edək ki,  “NBC News”-un yaydığı məlumata görə, amerikalı siyasi fəal və prezident Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

Bildirilir ki, atəş nəticəsində tədbir yarıda kəsilib, Ç.Kirk mühafizəçilər tərəfindən ərazidən aparılıb. Hücumda şübhəli bilinən şəxs saxlanılıb, polis hadisə ilə bağlı araşdırma aparır.

Sosial şəbəkələrdə yayılan görüntülərdə isə Ç.Kirkin boğaz nahiyəsindən yaralandığı görünür. “Associated Press” qeyd edir ki, Ç.Kirki vuran yaşlı kişi həbs olunub, onun şəxsiyyəti barədə hələlik məlumat yoxdur.

media-IMG_8765-f7a083

 

media-ads_728_90
Paylaş