Sunami Kamçatkadakı nüvə sualtı bazasına ziyan vurub

media-ads_728_90

Kamçatkada 8,8 ballıq zəlzələ baş verəndən sonra yaranan sunami Rusiyanın nüvə sualtı qayıqlarının Sakit okean donanmasının bazasına ziyan vurub.

“TV1” xəbər verir ki, bu barədə “The Telegraph” peyk görüntülərini yayıb.

Sunaminin vurduğu Rıbaçi hərbi bazası yarımadanın cənubunda, qapalı Vilyuçinsk şəhərində yerləşir.

“The Telegraph”-ın Umbra Space-dən peyk görüntülərinə istinadən verdiyi məlumata görə, bazadakı estakadanın hissələrindən biri yer dəyişib. Ehtimal olunur ki, baza 8,8 bal gücündə təkanların başlamasından təxminən 15 dəqiqə sonra bir neçə metr hündürlüyündə dalğa alıb.

Məlumatlara görə, sualtı qayıqlar zərbə zamanı zədələnmiş estakadada yan almadıqları üçün onlara ziyan dəyməyib. Bazada müasir “Borey” sinifli sualtı qayıqları və sovetdənqalma “Delta” sinifli sualtı qayıqları yerləşir.

 

media-ads_728_90
Paylaş