Sunamidən sonra Kurildə fövqəladə vəziyyət elan edildi

media-ads_728_90

Rusiyanın Saxalin vilayətinin Şimali Kuril rayonunda zəlzələ və sunamidən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“TV1” xəbər verir ki, bu barədə yerli qurumlar məlumat yayıb.

“Bu gün zəlzələ və sunamidən sonra Şimali Kuril rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Kamçatkada baş verən zəlzələnin maqnitudası müxtəlif qiymətləndirmələrə görə 8,7-yə çatıb. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir.

Xatırladaq ki, daha əvvəl həmin gün Kamçatkada Avaçinski körfəzinin sahilində güclü zəlzələ səbəbindən sunami təhlükəsi elan edilmişdi. Seysmik hadisə nəticəsində Petropavlovsk-Kamçatski şəhərində uşaq bağçalarından birinin divarı uçub. Sakinlər təxliyə olunur.

media-ads_728_90
Paylaş