Şuşada 45 binanın tikintisinə başlanılıb - RƏSMİ
“Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək”.
“TV1” xəbər verir ki, bu fikri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, bu ildən sözügedən binaların artıq tikintisinə başlanılıb:
“800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək. İşlər tender əsasında həyata keçirilir. Hazırda 22 binanın tikintisini “Kristal Construction” həyata keçirir”.
A.Kərimov vurğulayıb ki, indiyə qədər Şuşaya 1411 nəfər köçürülüb və ümumilikdə ikinci qayıdış planına qədər 8 min nəfərin köçürülməsi planlaşdırılır.
O həmçinin əlavə edib ki, Şuşaya səfər edənlərin sayı artır:
“Bu il ərzində Şuşaya 430 min turist səfər edib və 23 min nəfər gecələyib”.