Növbəti köç karvanı Şuşakəndə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

media-ads_728_90

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim olunub.

“TV1” xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

14:40

Növbəti köç karvanı Xocalı rayon Təzəbinə kəndinə çatıb.

“TV1” xəbər verir ki, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 27 ailə 117 nəfər Təzəbinə kəndinə çatıb. Daha sonra kəndə qayıdan ailələrə sahib olduqları evlərin açarları təqdim ediləcək.

13: 01

Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.

“TV1” xəbər verir ki, bu gün Şuşakənd kəndinə 27 ailə (116 nəfər) köçürülür.

Bununla da kəndə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatacaq.

Qeyd edək ki, bu gün Xocalı rayonunun Təzəbinə kəndinə 27 ailə (117 nəfər) köçürülüb.

 

media-ads_728_90
Paylaş