Tailand və Kamboca sərhəddində SON DURUM

media-ads_728_90

Tailand və Kamboca atəşkəs sazişindən sonra sərhəddə əlavə hərbi qüvvə yerləşdirməmək barədə razılığa gəliblər.

“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kamboca parlamentinin deputatı Lim Menqura istinadən məlumat yayıb.

“Tailand və Kamboca hərbçiləri atəşkəs sazişindən sonra öz sərhədlərində əlavə əsgər yerləşdirməmək barədə razılığa gəliblər”, – deyə o bildirib.

Deputat qeyd edib ki, beynəlxalq müşahidəçilərin atəşkəs rejiminə nəzarət etməsini təmin etmək vacibdir.

Xatırladaq ki, beş günlük hərbi toqquşmalardan sonra Tailand və Kamboca arasındakı sərhəd bölgəsində atəşkəs qüvvəyə minib. İki Asiya ölkəsi arasında atəşkəs daha əvvəl Malayziyanın baş naziri Ənvər İbrahim tərəfindən Kuala-Lumpurda Tailandın baş naziri səlahiyyətlərini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında keçirilən danışıqlardan sonra elan edilib. Qeyd edək ki, Tailand ilə Kamboca arasında münaqişənin mərkəzində iki ölkənin sərhədində yerləşən Preah Vihear məbədi və ona bitişik torpaqların mülkiyyət məsələsi dayanıb.

media-ads_728_90
Paylaş