Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib - AYNA
Taksi və avtobuslara yeni fərqlənmə nişanı verilib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.
“Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanı verilmə prosesi uğurla davam edir. Bu dəfə 26 daşıyıcıya 52 xidmət üzrə fərqlənmə nişanları təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir”, – deyə məlumatda deyilir.