Tallində gənc azərbaycanlı musiqiçilərin ifasında muğam konserti təşkil olunub

media-ads_728_90

Estoniyanın paytaxtı Tallin şəhərindəki MÉRE Mədəniyyət Mərkəzində gənc azərbaycanlı musiqiçilərin ifasında muğam musiqi gecəsi təşkil edilib.

“TV1” xəbər verir ki, konsertin təşkilatçısı 18 ildir Tallində yaşayan tanınmış rəssam Rövşən Nurdur.

“Tallin mənim üçün artıq doğma şəhərə çevrilib” deyən sənətçi bu konsert proqramının xalqlarımız arasında mədəni mübadiləyə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Anşlaqla keçən konsertdə tamaşaçılar milli muğamımızın sehrli dünyası ilə tanış olmaq imkanı əldə ediblər. Milli musiqi alətlərimizin sədaları və gənc ifaçıların həzin səsləri dinləyicilərin etirafına əsasən onları Şərq melodiyaları və ritmlər aləminə qərq edib.

Proqramda Rəvanə Vəliyeva, Asim Primov və Hüseyn Nağıyevin çıxışları alqışlarla qarşılanıb. Musiqi nömrələri Tallinin “Grace” rəqs studiyasının ifasında şən rəqslərlə tamamlanıb, bu da bayram ab-havasını daha da gözəlləşdirib və gecəni daha canlı edib.

Tamaşaçıların fikrincə, bu, sadəcə konsert deyil, Azərbaycan və Estoniya arasında əsl mədəni körpü, müxtəlif adət-ənənələrin və nəsillərin görüşü kimi səciyyələndirilib. Şəhər sakinləri Estoniya paytaxtında belə konsertləri daha çox görmək istədiklərini etiraf ediblər.

Tallində gənc azərbaycanlı musiqiçilərin ifasında muğam konserti təşkil olunub.

media-ads_728_90
Paylaş