Tanınmış media resursları "TV1" kanalının 1 yaşını TƏBRİK ETDİ - VİDEO 

media-ads_728_90

“TV1” kanalı avqust ayının 1-də 1 yaşını qeyd edib.

“TV1” xəbər verir ki, ötən gün kanalımızın 1 yaşı olması münasibəti ilə ölkədə fəaliyyət göstərən bir sıra tanınmış media resursları “TV1”-i təbrik edib.

Bu sırada Yeniçağ.az, Sia.az, Bizimmedia.az, Konkret.az, Modern.az, Baki-xeber.com, Avropa.info, Bakivaxti,az, Versus.az-ı qeyd edirik.

Kanalımıza olan diqqətə və təbriklərə görə, həmkarlarımıza təşəkkür edirik.

Qeyd edək ki, bir il əvvəl 2024-cü il avqust ayının 1-də ölkənin teleməkanında yeni bir kanal –  “TV1” internet üzərindən yayıma başlayıb. Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanalımıza yayım lisenziyası verilib. Ötən bir il müddətində kanalımız bir sıra ciddi uğurlara imza atıb. Peşəkar heyət tərəfindən hazırlanan proqramlarda ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr kanalın efirində işıqlandırılıb.

Biz “TV1” komandası olaraq, dövlətimizin, cəmiyyətimizin inkişaf etməsi üçün daha əzmlə çalışacaq və yeni, peşəkar proqramlarla izləyicilərimizi sevindirməyə davam edəcəyik.

Bütün TV1-çiləri və tamaşaçılarımızı 1 yaşımız münasibəti ilə təbrik edirik!

TV1

media-ads_728_90
Paylaş