Tbilisi İpək Yolu Forumunda real layihələrə çevrilən bir sıra təşəbbüslər yaranıb - İrakli Kobaxidze
Əminəm ki, 2015-ci ildən bəri 60-dan çox ölkədən 2000-ə yaxın dünya siyasi və biznes liderlərini beşinci dəfə qəbul edən Tbilisi İpək Yolu Forumu regionun əsas iqtisadi platforması statusunu bir daha təsdiq edəcək.
“TV1” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi İpək Yolu Forumunun açılışında çıxışı zamanı bildirib.
Hökumət başçısı qeyd edib ki, bu forum konkret nəticələr üçün platformadır.
“On ildir ki, Tbilisi İpək Yolu Forumu artıq siyasət və biznes arasında birləşdirici halqaya çevrilib. Burada real layihələrə çevrilən bir sıra təşəbbüslər yaranıb. Bunun bariz nümunəsi 2023-cü ildə Gürcüstan, Azərbaycan və Qazaxıstanın birgə dəmir yolu şirkətinin yaradılmasına dair əvvəlki forumda əldə edilmiş razılaşmadır”, – deyə Kobaxidze əlavə edib.








