Tehranda Xəzər İqtisadi Forumu keçirilir
Bu gün Tehranda Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər İqtisadi Forumu öz işinə başlayıb.
“TV1” xəbər verir ki, forumda Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın nəqliyyat və ticarət qurumlarının rəhbərləri, iş adamları və şirkətlərin təmsilçiləri iştirak edirlər.
Forumda nəqliyyat, tranzit, ticarət, bank sahələrində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilir.
Forumun ikinci günü (18 fevral) forum çərçivəsində Xəzəryanı dövlətlərin baş nazirlərinin görüşü planlaşdırılıb.