media-1200x100

Tikinti materialları bazarında bu il vəziyyət necə olacaq? - AÇIQLAMA

media-ads_728_90

“Bu il həm daşınmaz əmlak, həm də tikinti materialları bazarında qiymətlərin bahalaşmasını proqnozlaşdırırıq”.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc açıqlamasında deyib.

O vurğulayıb ki, bu, ilk növbədə Azərbaycan iqtisadiyyatının böyüməsi ilə bağlıdır.

“İkinci amil isə onunla əlaqədardır ki, manatın alıcılıq qabiliyyətində, kommunal qiymətlərdə və enerji daşıyıcıların qiymətində baş verən dəyişikliklər məsrəfləri artırır. Bu da tikinti şirkətlərinin və sahibkarların qiymətlərdə dəyişiklik etməsi ilə nəticələnir. İşğaldan azad edilən ərazilərimizdə yenidən quruculuq işlərinin başlaması tikinti bazarında aktivliyin meydana gəlməsinə səbəb olub. Bu da tikinti materiallarının qiymətlərinin artmasına səbəb olan amillərdəndir. Eyni zamanda, tikinti materiallarına tələbat artıb”, – deyə V.Oruc qeyd edib.

Sədrin sözlərinə görə, hazırda paytaxtda çoxmərtəbəli binaların tikintisi aktivləşib. /trend/

media-ads_728_90
Paylaş