Bakıda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib

media-ads_728_90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.

Bakıda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Fidan” şadlıq sarayından, “Rahib”, “Sehirli Təndir”, “Qaynana” və “Kükü” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

“TV1” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür./report

media-ads_728_90
Paylaş