Tokioda hava limanına ildırım düşüb
Yaponiyanın paytaxtı Tokioda Haneda hava limanını ildırım vurub.
“TV1” xəbər verir ki, bu barədə yapon mediası məlumat yayıb.
Məlumata görə, hava limanında uçuşlar tamamilə dayandırılıb.
Hava şəraiti normallaşdıqdan sonra hava limanı fəaliyyətini bərpa edəcək.