Toni Bleyer Qəzza zolağına rəhbərlik etmək istəyir
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer Qəzzaya keçid dövrünün idarəetmə orqanına rəhbərlik etmək istəyir.
“TV1” xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.
Bleyr tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olan Toni Bleyer İnstitutu (TBI) belə bir hadisə üçün plan hazırlayıb. Onun BMT mandatı altında zolaqda ən yüksək siyasi və hüquqi orqan kimi çıxış edəcəyi gözlənilir.
Qəzza zolağı isə 25 nəfərlik katiblik və 7 nəfərlik şura tərəfindən idarə olunacaq.
2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəklədiyi üçün Toni Bleyerin Qəzza zolağının idarə olunmasında iştirakı Yaxın Şərqdə qəzəb yarada bilər. O həmçinin HƏMAS, Fələstin rəhbərliyi və ya İsrail dərəfindən dəstək almayıb.