Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışıb
ABŞ Prezidenti Donald Tramp bu gün İsrail parlamentində (Knesset) çıxış edərkən yenidən Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından bəhs edib.
“TV1” xəbər verir ki, D.Tramp ABŞ-ın əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək və irs qurmağa çalışacağını vurğulayıb.
“Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana – daha bir müharibəni dayandırdım”, – deyə D.Tramp bildirib.