Tramp-Putin görüşü təxirə salına bilər
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşü təxirə salına bilər.
“TV1” xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.
“Rubio-Lavrov danışığından sonra amerikalı rəsmilər hesab ediblər ki, Rusiya tərəfinin mövqeyi hələ də maksimalist yanaşmadan uzaqlaşmayıb. Bu mərhələdə Rubio gələn həftə Tramp-Putin görüşünün keçirilməsini tövsiyə etməyəcək. Amma Rubio və Lavrovun bu həftə yenidən danışması mümkündür”, – məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə tezliklə Budapeştdə görüş keçirəcəyini açıqlamışdı.