Tramp Qəzza zolağındakı vəziyyəti fəlakət adlandırıb

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyəti fəlakət kimi qiymətləndirib.

“TV1” xəbər verir ki, bu barədə D.Tramp “Fox News” televiziya kanalına müsahibəsində deyib.

“Şübhəsiz ki, Qəzza açıq şəkildə bir fəlakətdir. Bu məsələ həll olunmalıdır”, – deyə o bildirib.

ABŞ prezidentinin sözlərinə görə, onun sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ehtiyac duyduğu digər münaqişə Ukrayna böhranıdır.

“Yeddi müharibəni həll edə bildik. Bir-iki qalıb. Rusiya və Ukrayna ilə bağlı məsələni həll etməliyik, bu, dəhşətlidir”, – deyə o əlavə edib.

media-ads_728_90
Paylaş