Tramp və Zelenski arasında görüş keçiriləcək

media-ads_728_90

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş iki saat davam edəcək.

“TV1” xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, görüş işgüzar nahar formatında, mətbuatın iştirakı olmadan keçiriləcək.

Qeyd edək ki, Zelenski oktyabrın 16-da Vaşinqtona səfər edib.

“Axios” portalının məlumatına əsasən, Volodimir Zelenski Donald Trampla görüşdə ABŞ-ın Ukraynaya “Tomahawk” raket kompleksi tədarükünə razılıq verəcəyinə ümid bəsləyirdi. Lakin Ukrayna nümayəndə heyəti ABŞ-a çatdıqdan az sonra ABŞ Prezidentinin rusiyalı həmkarı ilə telefon danışığı və Vladimir Putinlə Macarıstanda görüşə razılıq verməsi barədə xəbərlər onu təəccübləndirib.

Qeyd edək ki, Rusiya Prezidenti Donald Trampla söhbətində ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri tədarük etməsinin iki ölkə arasında münasibətlərə və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

media-ads_728_90
Paylaş