media-1200x100

Trans-Xəzər marşrutu üzrə yükdaşımaların həcmi artır

media-ads_728_90

2023-cü ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 65 faiz artaraq, 2,76 milyon ton (2022-ci ildə – 1,7 milyon ton) təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə “Azərtac” Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2024-cü ilin ilk 7 ayında yükdaşımaların həcmi 2,56 milyon ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (1,57 milyon ton) 63 faiz çoxdur.

Qazaxıstan Respublikası hökuməti darboğazların aradan qaldırılması, habelə 2027-ci ilə qədər Qazaxıstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə yol xəritəsinin həyata keçirilməsi üzərində işləyir ki, bu da dəhlizin ötürücülük qabiliyyətini ildə 10 milyon tona çatdıracaq.

Hesabatda göstərilir ki, TITR-in sabit və rəqabətqabiliyyətli marşrut kimi yaradılmasında təkcə dəhliz boyu ölkələr deyil, həm də Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa regionları maraqlıdır.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

media-ads_728_90
Paylaş