Türkiyə Müdafiə Nazirliyinin təyyarə qəzası ilə bağlı BƏYANATI

media-ads_728_90

Azərbaycan-Gürcüstan sərhədində hərbi yük təyyarəsinin qəzası ilə bağlı araşdırmaya Gürcüstanla birlikdə əlaqələndirilmiş şəkildə başlanılıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

“Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qəza yerində saat 06:30-dan etibarən axtarış-xilasetmə və qəza araşdırma qrupunun Gürcüstandan olan rəsmiləri ilə əlaqələndirilmiş şəkildə araşdırmalara başlanılıb”,- deyə bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

media-ads_728_90
Paylaş