Türkiyə PA: Hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır

media-ads_728_90

Hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır.

“TV1” xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran “X”də yazıb.

“Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində hərbçilərimizin şəhid olması millətimizi kədərləndirib. Axtarış -xilasetmə qrupları təyyarəmizin qalıqlarını tapıb”, – deyə o bildirib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

media-ads_728_90
Paylaş