Türkiyə Suriyaya səfir təyin etdi
Türkiyə Suriyaya səfir təyin edib.
“TV1” xəbər verir ki, bu barədə NTV diplomatik mənbələrə istinadən məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Nuh Yılmaz Suriyaya səfir təyin olunub.
O bundan öncə Türkiyə xarici işlər nazirinin müavini vəzifəsini icra edib.








