Türkiyə və Ermənistan nümayəndələri arasında görüş keçiriləcək

media-ads_728_90

Yaxın günlərdə Türkiyə və Ermənistan nümayəndələri arasında görüş keçiriləcəyi gözlənilir.

“TV1” xəbər verir ki, “Kommersant” məlumatına görə, Ermənistan parlamentinin spikeri, ölkənin Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan görüşün Ermənistanda baş tutacağını açıqlayıb.

O xatırladıb ki, görüş zamanı iki ölkə arasında əlaqələrin normallaşması məsələsi müzakirə ediləcək.

R.Rubinyan Ermənistanın Türkiyə ilə diplomatik münasibətlər qurmağa və sərhədi açmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Ermənistanla danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıçdır.

media-ads_728_90
Paylaş