Türkiyədə 2 zəlzələ olub - 4 dəqiqə fərqilə

media-ads_728_90

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,1 bal gücündə zəlzələ olub.

“TV1” “Haber Global”a istinadən xəbər verir ki, məlumatı  Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələ yerli vaxtla saat 14:16-da yerin 7 km dərinliyində meydana gəlib. Dörd dəqiqə sonra isə – 16:20-də həmin bölgədə 3,9 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

Dağıntı və tələfat qeydə alınmayıb.

media-ads_728_90
Paylaş