Türkiyədə daha bir zəlzələ olub

media-ads_728_90

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,3 bal gücündə zəlzələ olub.

“TV1” xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələ yerli vaxtla saat 15:21-də, yerin 5,5 km dərinliyində meydana gəlib.

Dağıntı və tələfat qeydə alınmayıb.

media-ads_728_90
Paylaş