Türkiyədə iki avtobus toqquşub - 15 yaralı var
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda turist avtobusu mikroavtobusla toqquşub.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hadisə Konaklı məhəlləsində magistral yolda baş verib.
Qəza nəticəsində 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.