Türkiyədə metallurgiya zavodunda partlayış olub - Ölənlərin sayı 17-yə çatıb

media-ads_728_90

Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.

“TV1” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu “X” sosial şəbəkə hesabında məlumat verib.

15 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən “HABAŞ” dəmir-polad zavodunda partlayış baş verib. Partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb və ərazidən güclü tüstü yüksəlib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Partlayış karbon qazının doldurulması məntəqəsində baş verdiyi və zavoda ciddi ziyan dəydiyi bildirilir.

media-ads_728_90
Paylaş