Türkiyədə tanınmış sənətçilər saxlanılıb

media-ads_728_90

Türkiyədə bir qrup tanınmış sənətçi narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb.

“TV1” xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb.

Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb.

Məlumatlarda ümumilikdə 19 nəfərin saxlanıldığı, onların arasında Hadisə, Ziynet Salı, Berrak Tüzünataç, Demet Evgar, Birce Akalay, Kubilay Aka kimi sənətçilərin də yer aldığı qeyd olunub.

media-ads_728_90
Paylaş