Türkmənistan Əfqanıstana qaz kəmərini işə saldı

media-ads_728_90

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Əfqanıstanın Herat vilayətinə qaz kəmərinin istifadəyə verildiyini bəyan edib.

“TV1” Türkmənistan KİV-ə istinadla xəbər verir ki, bu, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin bir hissəsidir.

Məlumatda deyilir ki, Türkmənistan və Əfqanıstan nəqliyyat və enerji sektorlarında birgə layihələri uğurla inkişaf etdirirlər. Bu layihələr Əfqanıstanın iqtisadi cəhətdən bərpası və beynəlxalq iqtisadi əlaqələrə inteqrasiyasına kömək edir.

media-ads_728_90
Paylaş