Türkmənistan MDB-yə sədrlik EDƏCƏK
MDB orqanlarına sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçəcək.
“TV1” xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən geniş tərkibdə iclasında məlumat verib.
“Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Birliyə sədrliyin gələn ilin yanvarından başlayaraq Türkmənistana keçməsi qərara alınıb”, -deyə Tacikistan Prezidenti bildirib.
Yenidən üç il müddətinə Birliyin Baş katibi seçilən Sergey Lebedev qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.