Ukrayna Ali Radasının deputatı qətlə yetirilib

media-ads_728_90

Ukrayna Ali Radasının deputatı Andrey Parubiy sui-qəsd nəticəsində qətlə yetirilib.

“TV1” xəbər verir ki, o, avqustun 30-da yerli vaxtla saat 12.10-da Lvov şəhərində naməlum killer tərəfindən güllələnərək öldürülüb.

Məlumata görə, deputata 8 dəfə atəş açılıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə əməliyyat qrupu yaradılıb.

media-ads_728_90
Paylaş