Ukrayna üçün təhlükəsizlik təminatları hazırlanacaq - Zelenski
“Ukrayna üçün təhlükəsizlik təminatlarının yaxın 7-10 gün ərzində hazırlanaraq sənədləşdirilməsi planlaşdırılır”.
“TV1” xəbər verir ki, bunu ABŞ-da aparılan danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
“Bütün bunlar kağız üzərində müəyyən formada 7-10 gün ərzində rəsmiləşdiriləcək”, – deyə o bildirib.
V.Zelenski deyib ki, təhlükəsizlik təminatlarının üç əsas tərkib hissəsi var: “Ukrayna ordusunun silahlandırılması, müttəfiqlərin öhdəlikləri, Ukraynanın müdafiə-sənaye kompleksinin inkişafı”.