Ukrayna və Macarıstan XİN rəhbərləri sosial şəbəkədə niyə mübahisə ediblər?
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və macarıstanlı həmkarı Peter Siyarto arasında “X” platformasında mübahisə yaranıb.
“TV1” xəbər verir ki, Macarıstan XİN rəhbəri Peter Siyarto Ukraynanın hücumlarının Rusiyadan Macarıstana neft tədarükünü dayandırdığından şikayət etdikdən sonra, Andrey Sibiqa ona cavab ünvanlayıb.
“Peter, bu müharibəni başlayan Ukrayna yox, Rusiyadır. Rusiya müharibəni bitirməkdən imtina edir. İllərdir Macarıstana deyilir ki, Moskva etibarsız tərəfdaşdır. Buna baxmayaraq, Macarıstan Rusiyadan asılılığını qoruyub-saxlamaqdan ötrü bütün səyləri göstərib. Hətta müharibə başlayandan sonra belə. İndi isə şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz” – deyə Ukrayna XİN rəhbəri qeyd edib.
Macarıstanın xarici işlər naziri Peter Siyartonun isə cavabı belə olub: “Fakt budur ki, Ukrayna Macarıstana neft tədarük edən boru xəttinə hücum edib”.