Ukraynada prezident seçkiləri keçirməyə hazıram - Zelenski

media-ads_728_90

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib.

“TV1” xəbər verir ki, bunu Ukrayna lideri Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə deyib.

Lakin V.Zelenskinin fikrincə, bunun üçün döyüş əməliyyatlarının dayandırılması lazımdır.

“Biz bunu təhlükəsizliyimizin təmin edildiyi şəraitdə etməliyik. Açıq demokratik seçkilər keçirmək üçün atəşkəs lazımdır”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

media-ads_728_90
Paylaş