Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Bu ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 967,8 milyon ABŞ dolları təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 403,9 milyon manat və ya 3,6% azdır. Ötən ay bu göstərici 11 milyard 371,7 milyon manat olub.
Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 669,2 milyon və ya 5,7% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 351,9 milyon manat və ya 3,3% artıb.