Vəngli kəndinə növbəti köç karvanı çatıb, açarlar təqdim edilib - FOTO/YENİLƏNİB
Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
“TV1” xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatıb.
12:26
Ağdərə rayonunun Vəngli kəndinə növbəti qayıdış karvanı yola salınıb.
“TV1” xəbər verir ki, bu mərhələdə kəndə 112 nəfərdən ibarət 28 ailənin qayıdışı təmin edilib.
Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79 ailə olmaqla 158 nəfər çatacaq.