Vüqar Bayramov: "İşğaldan azad olunmuş torpaqlarımızın bərpasına 22 milyard manat vəsait ayrılıb" - ÖZƏL/VİDEO
“Hazırda azad olunmuş torpaqlarda infrastrukturun qurulması və genişləndirilməsi həyata keçirilir. 2025-ci ildə dövlət büdcəsindən bu istiqamətə 4 milyard manat vəsait ayrılacaq”.
Bunu “TV1”-ə özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Vətən Müharibəsindən sonra azad olunmuş torpaqlarımızın bərpasına ayrılan vəsaitin həcmi 2025-ci ildə nəzərdə tutulan vəsait də daxil olmaqla 22 milyard manata yaxın olacaq:
“Azərbaycan son illər yalnız dövlət büdcəsindən azad olunmuş ərazilərimizin bərpasına 22 milyard manat vəsait ayırıb. Bu, kifayət qədər ciddi bir rəqəmdir. 2026-ci ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması həyata keçiriləcək”.
Mətanət Əliyeva
Daha ətraflı müsahibədə: