Xaçmazda XV əsrə aid mistik məkan - VİDEO
Xaçmaz rayonunun Şıxlar kəndi ərazisində qəribə görkəmli palıd ağacı təəccübümüzə səbəb oldu.
Bir qayda olaraq palıd hündürlüyə can atdğı halda bu ağac sanki yana doğru əyilərək, ətrafında dəfn edilmiş mübarək insanların qəbirlərinə kölgə salır. Bəzi qanadları isə qəbir daşlarını qucaqlayır.
Öyrəndik ki, bu ərazidə dəfn edilənlərin əksəriyyəti XV əsrdə yaşamış və öz zəmanəsinin övliyası sayılan Yusif Müşkurinin müridləridir.
Ömürlərini ibadətə və insanlığa xidmətə həsr etmiş bu şəxslər haqqında məlumatlar təəssüf ki, çox azdır və ərazi də kifayət qədər öyrənilməyib.
Azərbaycan belə mistik məkanlarla zəngindir.
Bu cür məkanları tanıyanlar bizimlə də məlumatları bölüşə bilərlər.
“Sirlər diyarı” verilişinə isə aşağıdakı linkə keçməklə baxa bilərsiniz: