Xalqımız Zəfər parkını ziyarət edir
27 Sentyabr – Anım Günü ilə bağlı Zəfər parkına ziyarət başlayıb.
“TV1” xəbər verir ki, səhər saatlarından başlayaraq vətəndaşlar ziyarət məkanına gələrək şəhidlərin əziz xatirəsini ehtiramla yad edirlər.
Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə 44 gün ərzində Azərbaycan əraziləri işğaldan azad olunub.