media-1200x100

Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb

media-ads_728_90

Xəzər Boru Kəməri Konsorsiumunun Kropotkinskaya Neft Nasos Stansiyası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

“TV1” xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumu məlumat yayıb.

Bildirilir ki, stansiya PUA hücumu nəticəsində istismardan çıxarılıb.

Qeyd olunub ki, stansiyaya hücum partlayıcı maddələrdən əlavə metal qəlpələri ilə doldurulmuş 7 PUA ilə həyata keçirilib. Stansiyanın işçiləri arasında itki olmayıb.

Qazaxıstanın Energetika Nazirliyindən bildirilib ki, Xəzər Boru kəməri Konsorsiumu tərəfindən Qazaxıstan nefti üçün heç bir məhdudiyyət yoxdur və neftin qəbulu ştat rejimində həyata keçirilir.

media-ads_728_90
Paylaş