Xəzərdə duzsuzlaşdırma zavodu üzrə SAZİŞ İMZALANDI

media-ads_728_90

Xəzər dənizində duzsuzlaşdırma zavodunun tikintisi üzrə saziş imzalanıb.

“TV1” xəbər verir ki, Xəzər dənizi suyunun duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və saxlanmasına dair Dövlət-Özəl Tərəfdaşlıq Sazişi imzalanıb.

Sazişi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və ACWA Power şirkətinin baş icraçı direktoru Marco Arcelli imzalayıblar.

media-ads_728_90
Paylaş