XI Bakı Beynəlxalq Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur
XI Bakı Beynəlxalq Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur.
“TV1” xəbər verir ki, bunu XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, Sərgi çərçivəsində tədqiqat zonası yaradılıb: “Bu zona həm elmi-tədqiqat, həm də sosial inkişaf istiqamətində fəaliyyət göstərir. Hazırda burada 123 yerli Azərbaycan şirkəti, eyni zamanda 23 ölkədən 68 xarici şirkət təmsil olunur”.
Orxan Fikrətoğlu qeyd edib ki, iştirakçı ölkələr sırasında Türkiyə və Rusiya kimi böyük kitab bazarına malik dövlətlərin də olması məsələnin əhəmiyyətini bir daha göstərir.