Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb

media-ads_728_90

“Böyük Qayıdış” proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

“TV1” xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət  31 nəfər köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

media-ads_728_90
Paylaş