Yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

media-ads_728_90

Oktyabrın 13-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Goranboyda 23, Lerik, Culfada 21, Mingəçevirdə 18, Kəlbəcərdə 17, Balakən, Şəmkir, Gəncədə 16 metrə çatır.

Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Quba, Şahdağ, Balakən, Şəki, Zaqatala, Xaçmaz, Qusar (Laza), Qax (Sarıbaş), Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Sabirabadda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Şəki, Balakən, Qax (Sarıbaş), Göygöl, Lerikdə duman müşahidə olunur. Görmə məsafəsi 500 metrədək məhdudlaşır.

media-ads_728_90
Paylaş