Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi - Ermənistanın Baş naziri

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

“TV1” xəbər verir ki, o, bu barədə xalqa müraciətində deyib.

N.Paşinyan daha sonra bildirib:

“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”.

media-ads_728_90
Paylaş