Yaponiya tarixində ilk qadın Baş nazir seçildi

media-ads_728_90

Yaponiya Parlamenti Sanae Takaichini ölkənin ilk qadın Baş naziri kimi seçib.

“TV1” bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Parlamentin 465 yerlik aşağı palatasında keçirilən səsvermədə Takaichi 237 səs toplayaraq çoxluğu əldə edib. Yuxarı palatanın da qərarı təsdiqləməsindən sonra o, gün ərzində rəsmi şəkildə and içərək vəzifəsinin icrasına başlayacaq.

Takaichinin seçilməsi Yaponiya cəmiyyətində uzun illərdir “şüşə tavan” kimi qəbul edilən gender baryerinin aşılması kimi qiymətləndirilir. Lakin o, eyni zamanda sərt mühafizəkar baxışları ilə tanınır. Ekspertlər Takaichinin hakimiyyətə gəlməsini ölkənin siyasi xəttində sağa doğru aydın istiqamət dəyişikliyi kimi dəyərləndirirlər.

media-ads_728_90
Paylaş