Yaponiyada güclü yağışlar ən yüksək səviyyəli təxliyəyə səbəb olub

media-ads_728_90

Yaponiyanın cənubunda yerləşən Kirisima şəhərində leysan yağışları səbəbindən 122,4 min insanın təhlükəsizliyinin dərhal təmin edilməsi üçün ən yüksək (beşinci) səviyyəli təxliyə elan edilib.

“TV1” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, bu gün səhər saatlarında bir ev uçub. İki qadın xilas edilərək xəstəxanaya çatdırılıb.

Kaqosima prefekturasının Kirisima şəhərində leysan yağışları nəticəsində iki nəfər xəsarət alıb. Bir çox bölgələrdə çaylarda suyun səviyyəsi daşqın təhlükəsi yaradır.

Bundan əlavə, Kaqosima prefekturasının binasında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə qərargahın iclası keçirilib. Polis bir neçə evin uçması barədə məlumat aldığını bildirib. Hazırda xilas ola bilməyən insanların olub-olmadığını müəyyən etmək üçün xilasetmə əməliyyatı aparılır.

media-ads_728_90
Paylaş