Yeni Günəşliyə də metro çəkiləcək
Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək Yeni Günəşli qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulur.
“TV1” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, stansiyanın inşa olunma tarixi və yerləşəcəyi ərazi paytaxtın Baş Planına uyğun müəyyənləşəcək.
Metropolitendən həmçinin bildirilib ki, Baş Planda 2040-cı ilədək Xırdalan şəhəri, Masazır və Zabrat qəsəbələrinə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.