Yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasına 45 milyon manat ayrılması gözlənilir

media-ads_728_90

Gələn ilin dövlət büdcəsində yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması və çapı üçün 45 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

“TV1” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyul ayında təsdiqlədiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilib.

media-ads_728_90
Paylaş